İranda sərnişin təyyarəsi yandı – Foto

49

Tehranın Mehrabad hava limanında “Aseman” hava yollarına məxsus “Fokker 100” tipli sərnişin təyyarəsində yanğın baş verib.
Elchi.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın Tehran-Buşehr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində meydana gəlib. Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.
Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.