“İran Zəngəzur dəhlizinə qoşun yeridə bilər”-Politoloq

60

“İranda baş verənlər rejimin çöküşü ilə yekunlaşmayacaq”.

Elchi.az xəbər verir ki, bunu politoloq Azər Rəşidoğlu FB hesabında qeyd edib:

“Bölgə, o cümlədən Qafqaz yenidən bölünür. İran Zəngəzur dəhlizində güzəştə getmək istəmir. Hətta dəhlizə qoşun da yeridə bilər və bu, Ermənistanın razılığı ilə baş tuta bilər. Rusiyanın dəhlizə girməsinin qarşısını almaq üçün ABŞ da bu planla razılaşa bilər. İran aksiyalarında Cənubi Azərbaycan məsələsi qaldırılmır və Tehranın nəzarətindədir hələ ki. Reallıqla xəyallarımızı qarışdırmayaq. Təbriz mütləq azad olacaq. Amma vaxtından əvvəl addım atmaq mümkün deyil. Romantizm əla nəsnədir. Amma qədərində…”.

Yeganə