İran Rusiyanın məşhur qırıcısını alır

55

Tehran Rusiyadan Su-35 qırıcıları almağı düşünür.

Elchi.az xəbər verir ki, bunu İran Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi deyib.

“Rusiyanın Su-35 qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir və ümid edirik ki, gələcəkdə bu “4++” nəsil qırıcıları ala biləcəyik”.

O qeyd edib ki, Su-30 modelinin alınması isə ordunun planlarına daxil deyil.