BBC-nin verdiyi məlumata görə, Ruhani ABŞ-ın havadan zərbə üsulunu səmərəsiz hesab etdiyini deyib. İran dövlət başçısı eyni zamanda Vaşinqtonu vaxtilə radikal islamçıları dəstəkləməkdə ittiham edib: “Tehran dəfələrlə xəbərdarlıq etmişdi ki, radikal dini təşkilatlar təhlükə daşıyır. ABŞ və dünya ictimaiyyəti vaxtilə radikalları dəstəkləyiblər, onları müxalifət kimi qələmə verərək silahlandırıblar. İndi bu silahları radikallar onları silahlandırana qarşı yönəldiblər”.