İran iş adamları İrəvanda toplandı

53

Şərqi Azərbaycan əyalətindən olan iqtisadi-ticarət sahəsində fəaliyyət göstərən 22 sahibkarın iştirakı ilə İrəvanda İran və Ermənistan iş adamlarının toplantısı keçirilib.
Bu barədə “Azad İran” məlumat yayıb.
“Toplantıda İran və Ermənistan arasında idxal-ixrac potensialını nəzərə alaraq ikitərəfli ticarət mübadiləsinin həcmini ildə 1 milyard dollara çatdırmaq hədəf qoyulub. Son 6 ayın statistikasına görə, İran və Ermənistan arasında ticarət mübadiləsinin həcmi 307 milyon dollardan artıq olub ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 37% çoxdur”, – məlumatda bildirilir.