İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ittihamlarına cavab verib

39

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami iyulun 25-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müşahidə kameralarının söndürülməsi ilə bağlı son açıqlamasına cavab olaraq deyib ki, “ittihamlar” qüvvəsində qalırsa kameraların söndürülməməsi üçün heç bir səbəb yoxdur.

Elchi.az-ın məlumatına görə, M.İslami İslam Respublikasının atom bombası yaratmaq cəhdində ittiham olunmasından danışıb və bildirib ki, o kameralar bu ittihamı aydınlaşdırmaq üçün idi, lakin ittihamlar davam edəcəksə, kameraları yerində saxlamaq üçün heç bir səbəb yoxdur.

M. İslami bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin İranın hazırda məşğul olduğu 60% zənginləşdirmənin “İranın nüvə silahı yaratması anlamında deyil, amma hərbi məqsədləri olmayan bir ölkə, 60% zənginləşdirmə aparmır” açıqlamasına cavab olaraq səsləndirib.