İran-Əfqanıstan sərhədində atışma başladı

32

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib.

Onun sözlərinə görə, hazırda sərhəddə atışma gedir.

M.Barazande silahlı toqquşma nəticəsində itkilərin sayının dəqiqləşdirildiyini vurğulayıb. İnsidentin səbəbi hələlik açıqlanmayıb.