Türkiyənin Iğdır vilayətində fəaliyyət göstərən bəzi təşkilat və vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın paytaxtı İrəvanda cümə namazı qılmaq üçün etdiyi müraciətə ölkə rəhbərliyi tərəfindən rədd cavabı verilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Əsassız Erməni İddiaları üzrə Mübarizə Dərnəyi (ASİMDER) sədri Göksel Gülbey mətbuat konfransında İrəvandakı tarixi Göy Məscidin müsəlmanlar üçün mənəvi əhəmiyyətinin olduğuna işarə edib.
Gülbey “Bizim ölkədə erməni vətəndaşlar istədikləri kimi ibadət edə bilirlər. Hökumətimiz buna hər zaman tolerantlıq göstərib, ancaq eyni həssaslığı Ermənistan rəhbərliyindən ala bilmədik”-deyib.