İrəvanda atışma: xəsarət alanlar var

29

Ermənistanda atışma olub.

Elchi.az xəbər verir ki, məlumatı erməni mediası yayıb.

Bildirilir ki, silahlı insident paytaxt İrəvanda baş verib.

Şenqavit rayonunda bir neçə nəfər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Qarşıdurma zamanı adları açıqlanmayan 3 nəfər, o cümlədən 36 yaşlı qadın və 49 yaşlı əri, habelə 20 yaşlı gənc xəsarət alıb.

Hadisə yerində qan izləri, AK-74 avtomatının gilizləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.