İngiltərə Premyer Liqasında tur təxirə salınıb

57

İngiltərə Premyer Liqasının VII turu təxirə salınıb.

Elchi.az məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Belə addım atılmasına Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.

Qeyd edək ki, II Yelizavetanın 97 yaşında ölümünə görə Avropa Liqasının “Mançester Yunayted” – “Real Sosyedad” görüşü 1 dəqiqəlik sükutla başlayıb.