İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

51

İngiltərədə yay transfer pəncərəsi bağlanıb.

Elchi.az-ın məlumatına görə, keçid dövründə yeni rekord qeydə alınıb.

Premyer Liqa klubları yeni oyunçulara ümumilikdə 2,2 milyard avro xərcləyib. Bu da tarixin ən yüksək göstəricisidir.

Əvvəlki rekord 2017-ci ildə qeydə alınıb. Həmin vaxt Premyer Liqa təmsilçiləri 1,6 milyard avro xərcləyib.

20 klubdan 9-nun xərcləri 100 milyon avronu keçib. Transferlərin ümumi qiyməti ötən ilkindən 67 faiz çox olub.

Qeyd edək ki, İngiltərədə transfer pəncərəsi iyunun 10-dan sentyabrın 1-dək açıq olub.