İndoneziyada güclü zəlzələ baş verdi

51

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu məlumat yayıb.
Yeraltı təkanların Qərbi Sumatra əyalətindəki Pariaman şəhərinin 170 kilometr cənub-qərbində, yerin 18 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.