İndiyədək necə nəfərdən meymunçiçəyi testi götürülüb? – RƏSMİ

35

Azərbaycanda indiyədək meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeydə alınarsa, xəstəlik hallarının PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur.

Meymunçiçəyi testlərinin istifadəsinə gəldikdə isə nazirlikdən bildirilib ki, bu günə qədər iki şübhəli hal müəyyənləşdirilib:

“Şübhəli müraciət edən şəxslərdən test nümunələri götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laboratoriyadan götürülən testlərin nəticəsinin neqativ olduğu bildirilib”