Amerikalı məşhur milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın atası Errol Mask oğlu ilə fəxr etmədiyini bildirib.
Elchi.az xəbər verir ki, E.Mask planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyi barədə suala təəccüb doğursa da, “Yox” cavabı verib.
Onun sözlərinə görə, böyük oğlu İlon istədiyi qədər xoşbəxt deyil: “İndi olduğu yerdə beş il əvvəl olmaq istəyirdi. O, tərəqqinin gedişindən məyusdur”.