İlham Əliyev Türkiyə ilə imzalanmış müqaviləni TƏSDİQLƏDİ

12

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Elchi.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiq edilib.