İlham Əliyev BP-nin regional prezidentini təltif etdi

32

Prezident İlham Əliyev Counz Robert Qərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri “Dostluq” ordeni ilə təltif edilib.