İki ərazidə deformasiyaya uğramış örtük yeniləndi – Foto

1

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri icra olunub.

AAYDA-dan Elchi.az-a verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 m uzunluğunda və 3300 kv.m sahədə, Xutor körpüsündən düşəndə isə 120 m uzunluğunda və 2175 kv.m sahədə təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri (şənbə və bazar) yerinə yetirilib.