Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Elchi.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova lentlə hərəkətlərdə qızıl medala sahib çıxıb.
Ağamirova 32.850 xala layiq görülüb. İlona Zeynalova isə 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl gürzlə hərəkətlərdə qızıl medal qazanmışdı.