İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 4 avqust 2022-ci il tarixində radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyir.
Elchi.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilmiş bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər.
“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozuntusudur. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”, – deyə təşkilat qeyd edib.