Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı

15

mubarekMisirin keçmiş prezidenti Hüsnü Mübarək bu gün vəfat edib.

Virtualaz.org saytı xəbər verir ki, 87 yaşlı keçmiş diktatorun ölüm xəbərini İranın “Fars” agentliyi yayıb. Amma agentlik hansı mənbəyə istinadf etdiyini açıqlamayıb.

H.Mübarək Misirə 30 ildən artıq müddətdə rəhbərlik edib. 2011-ci ilin fevralında Misirdə başlayan və 18 gün davam edən kütləvi xalq etirazlarından sonra istefa verməyə məcbur olub. 2012-ci ilin iyununda Qahirə Ağır Cinayətlər Məhkəməsi sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edib. Diktator 2011-ci ildəki mitinqlər zamanı dinc xalqa qarşı silah işlətməyə əmr verməkdə ittiham olunub.