Hüseynbala Mirələmov YAP-dan çıxarıla bilər

2
   Hüseynbala Mirələmov YAP-dan çıxarıla bilər

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək. Azvision.az xəbər verir ki, iclasda YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq və yekun qərar qəbul olunacaq.

Onun partiya sıralarından xaric olunması ehtimal edilir.

Qeyd edək ki, Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkəti cəmiyyətdə ciddi qınağa səbəb olub.