Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA

37

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Elchi.az xəbər verir ki, bu barədə o, “Anadolu” agentliyinə açıqlamasında bildirib.

O, ukraynalı nazirlərlə Odessaya endirilən zərbələri müzakirə edib. Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu qeyd edib.

“Ukrayna raket zərbələrindən birinin limandakı siloslardan birinə, digərinin isə silosun yaxınlığındakı əraziyə düşdüyünü bildirib, amma vacib olan odur ki, gəmilərin yükləmə qabiliyyəti ilə bağlı heç bir mənfi cəhət yoxdur və oradakı fəaliyyətlər davam edə bilər”, – deyə Akar vurğulayıb.

Nazirin sözlərinə görə, ruslar bu hücumla heç bir əlaqələrinin olmadığını bildiriblər. Akar hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.