Hulusi Akar Şoyqu ilə əlavə görüş keçirəcək

32

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirmək niyyətindədir.

Elchi.az xəbər verir ki, bu barədə Akar CNN TÜRK telekanalının efirində bildirib.

“Bir müddət sonra Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşümüz olacaq. Onların seçdikləri kadrları ən qısa zamanda mərkəzimizə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi, əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək”, – Hulusi Akar qeyd edib.

Xatırladaq ki, ötən gün İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.