Hindistanda yeni prezident seçildi

49

Hindistanın parlamentinin hakim Milli Demokratik Alyansının namizədi Draupadi Murmu ölkənin yeni prezidenti seçilib.

Elchi.az xəbər verir ki, 64 yaşlı Murmu bu vəzifəyə seçilən ikinci qadındır.

“Qəbilə xanımı” kimi tanınan Murmu Hindistanın 15-ci prezidenti olub.

Yaxın günlərdə yeni seçilən prezident üçün andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.