“Heydər Əliyevin starteji baxışı iqtisadi tənəzzülə son qoydu”-Deputat

52

“3 sentyabr 1991-ci il tarixində Milli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi bütövülükdə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni bir dönüş yaradaraq müasir mərhələdə tərəqqimizin əsl başlanğıcına çevrildi.
Daha sonra, 1993-cü ildə Ulu Öndərin bütövlükdə Azərbaycanda hakimiyyətdə gəlməsi ölkənin ictimai-siyası həyatında stabilliyin əldə edilməsi ilə yanaşı iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. İqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı. Milli liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzun müddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov FB hesabında qeyd edib:

“Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Həmin dövrdə həyata keçirlməyə başlanan islahatlar uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Heydər Əliyevin starteji baxışı iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxil olmalarının artırılması təmin olması və bununla da sahibkarlığın daha yaxın dəstəklənməsi əsas hədəflərdən idi”.

Yeganə.