Ev CƏMİYYƏT Hava sərinləyəcək Xəbərdarlıq

Hava sərinləyəcək Xəbərdarlıq

46

>

Sabaha olan hava proqnozu açıqlanıb.

Elchi.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti,

Bakıda gecə 23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

%d bloqqer bunu bəyənir: