Hansı halda yeniyetmələrə peyvənd vurulacaq?

2
   Hansı halda yeniyetmələrə peyvənd vurulacaq?

Məlum olduğu kimi, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

Səhiyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, istisna hallar dedikdə xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar nəzərdə tutulur.”Onların vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək”.

Qeyd edək ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının  yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib.

Aytən Zəhra