Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.
Elchi.az xəbər verir ki, bu məsələyə Milli Məclisin iyulun 8-də keçiriləcək iclasında baxılacaq.
Belə ki, iclasın gündəliyinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.