Hafiz Paşayevin 13 il əvvəl AMEA haqqında dedikləri – VİDEO

38

2009-cu ildə İctimai televiziyanın “Açıq dərs” proqramında qonaq olan ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətindən söz açmış, elm və təhsil yanaşmasına münasibət bildirmişdi.

Elchi.az xəbər verir ki, H.Paşayev hələ 13 il əvvəlki çıxışında AMEA-nın vəziyyətinin məyusedici olduğunu söyləmişdi:

“Akademiyanın bugünkü vəziyyəti məni məyus edir. Çünki Akademiyanın indiki durumu Sovet vaxtındakı vəziyyətlə müqayisədə uduzur. Bu da aydın səbəblərə görədir. Hamı bilir ki, SSRİ dağılandan sonra müxtəlif proseslər, cərəyanlar getdi, Akademiyaya və elmə o qədər də fikir verilmədi”.

Xatırladaq ki, iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.

Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fmodern.azgroup%2Fvideos%2F3201199420198013%2F&show_text=0&width=560