11 ildir həbsdə olan, “Hacı Abgül” kimi tanınan din xadimi Abgül Süleymanov azadlığa buraxılıb.
Elchi.az Bakupost.az-a istinadən xəbər verir ki, Qobustan qapalı rejimli həbsxanasında cəza çəkən Hacı Abgülün həbs müddəti bu gün başa çatıb.
Xatırladaq ki, A.Süleymanov 2011-ci ildə İsmayıllınln Lahıc kəndində qayınatasının evində olarkən həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi. Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi.
Rəsmi məlumatlara görə, saxlanılarkən onun üzərindən narkotik vasitə də aşkar edilmişdi. Mənzilində odlu silah və sursat aşkarlanmışdı.
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
“Crocus City Hall”da baş verən terror aktında 143 nəfər həlak olub. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi...