“Dövlətin inkişafı üçün hər kəs uğurlu fəaliyyətlə məşğul olmalıdır”
Bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Azərbaycan Cəmiyyəti və “VisionS of Azerbaijan” jurnalının 10 illiyi münasibəti keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, dövlətin əbədiliyini, dünyada layiqli yer tutmasını təkcə dövlətin gücü ilə təmin etmək olmaz.
“Bunun üçün adi vətəndaşdan tutmuş rəhbər şəxslərə qədər hər birimiz bu dövlətin, xalqın qayğıları ilə yaşamalıyıq. Dövlətimizin problemlərini özümüzünkü bilib, onun həlli üçün çalışmalıyıq. Bu gün yubiley mərasiminə toplaşdığımız jurnal və cəmiyyətin təsisçiləri də bu dövlət üçün uğurlu işlər görüblər. Təşkilatın sədri Tale Heydərov dövlətə uğurlu şəkildə xidmət edir”.