Hərbi elmdə ilk: Qarabağ necə azad edildi? – Video

3

11:22

Qarabağ necə azad olundu? Birincisi, Qarabağda düşmənə birbaşa təmas olmadan PUA-ların köməyi ilə zərbələr dünyada digər münaqişələrdən daha çox tətbiq edildi. Bu, əlbəttə ki, döyüş əməliyyatlarının aparılmasında bütün dünya ölkələri üçün nümunədir.

Bu fikirləri Qazaxıstan Hərbi Elmlər Akademiyasının prezidenti, polkovnik Muxtar Serkpayev bildirib.

“İkincisi, ölkə rəhbərliyinin və Azərbaycanın Silahlı Qüvvələrinin qarşısında işğal olunmuş ərazilərin tezliklə azad edilməsi ilə yanaşı, bu işi az itki ilə başa vurmaq məsələsi dururdu. Bakı bunun da öhdəsindən gələ bildi.

Üçüncüsü, Qarabağdakı uğur Azərbaycanın ölkə rəhbərliyinin öncədən müasir ordu və hərbi sənaye kompleksini yaratmaq sahəsində çox böyük işlər görməsi ilə əlaqəlidir. Bu da Qazaxıstan da daxil olmaqla, bir çox ölkələr üçün nümunə olmalıdır.