Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜ

39

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barəd Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.