Ev İQTİSADİYYAT Gürcüstandan avtomobil idxalı 5 dəfədən çox artdı

Gürcüstandan avtomobil idxalı 5 dəfədən çox artdı

219

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 995 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 36 mln. 778,7 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,9 dəfə çox olub.