Gürcüstanda 112 Azərbaycan vətəndaşı həbsdədir

1

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 112 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin “Cinayət statistikası” adlı hesabatında bildirilib.

Həmin şəxslər Gürcüstanda cinayət əməllərinə görə ittiham və məhkum olunanlardır.

İttiham olunan 21 Azərbaycan vətəndaşının 17-si kişi, 4-ü isə qadındır. Məhkum olunan 91 nəfərin isə 83-ü kişi, 8-i qadındır.

Qonşu ölkədə probasiya nəzarətində olan 22 Azərbaycan vətəndaşı da var. Onların 20-si kişi, 2-si isə qadındır.