“Birgə səylərimiz öz nəticəsini verəcək” – Gürcüstanın XİN rəhbəri

66

Regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək.

Elchi.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili “Twitter“də bildirib.

“Tbilisinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə ev sahibliyi etməsini görməkdən çox qürur duyuram. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, – Gürcüstan XİN başçısı vurğulayıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili