Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ olub – YENİLƏNİB 2

84

Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ baş verib.
Məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb. Bildirilib ki, yerli vaxtla 09:18-də və 09:48-də baş verən hər iki zəlzələ 3,1 bal gücündə olub.
Yeraltı təkanların episentri bu dəfə də Sameba kəndi yaxınlığında olub.
09:48
Gürcüstanda növbəti zəlzələ baş verib.
Məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb. Bildirilib ki, 4,5 bal gücündəki zəlzələ yerli vaxtla 09:10-da qeydə alınıb.
Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında olub.
08:50
Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib.
Yeraltı təkanların episentri Ermənistanla sərhəddə yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfat barəsində məlumat yoxdur.