“Günahkar Muradov yox, Paşinyandır” – Erməni politoloq

2
 “Günahkar Muradov yox, Paşinyandır” -   Erməni politoloq

Erməni politoloq Qaqik Ambaryan Avan merinin müavini Nerses Poqosyanın Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələməsini axmaqlıq adlandırıb. Ambaryan Ermənistanın hazırkı durumunda baş nazir Nikol Paşinyanın günahkar olduğu halda Rüstəm Muradovun hədələnməsini anormal hal kimi qiymətləndirib.

“Siyasi atası türk ayaqqabısını təmizləyən və Avan merinin müavini olduğu deyilən bu axmaq bəzi qeydlər edərək söz atır, təhdid yağdırır… Əziz heyvan, Ermənistanda, Qarabağda baş verən hər şeyə görə xain Nikol günahkardır”,- deyə erməni politoloq bildirib.

Xatırladaq ki, Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan general-leytenant Rüstəm Muradovu hədələyən fikirlər səsləndirib. O, Muradova müraciətində “Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksiniz” deyib. Mer müavinin fikirləri mətbuatda və sosial mediada geniş müzakirələrə səbəb olub.