Gürcüstanın Qurcaani rayonunda güclü külək və yağış bir sıra problemlər yaradıb.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə rayonda müşahidə olunan qasırğalı külək rayonun Kalauri və Şaşiani kəndlərində məktəb və yaşayış binalarının dam örtüklərini uçurub.
Vazisubani kəndində irigövdəli ağacların yola aşması nəticəsində mərkəzi yolda avtomobillərin hərəkəti dayandırılıb.
Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.
Qurcaani rayon rəhbərliyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
ABŞ senatoru soyğunçuluğa görə həbs edilib
ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş...