Goranboy rayonunda qətl törədən şəxs saxlanılıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Qərib Zamanov saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Goranboy rayonunda qətlə yetirilən qadının kimliyi və hadisənin təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Stansiya Goran qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, İmanova Gülbuta Gülzalı qızı odlu silahdan açılmış atəş nəticəsində ölüb.
O, iki güllə yarası alıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
***
Goranboy rayonunda qətl hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində qadın güllələnib.
Odlu silahdan açılmış atəş nəticəsində yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Əfv Məsələləri Komissiyası 100-dən çox müraciətə baxdı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da...