Goranboyda direktor müəlliməni döydü – DİN-dən açıqlama

54

Goranboy rayonunda məktəb direktoru ibtidai sinif müəlliminə xəsarət yetirib.

Elchi.az xəbər verir ki, hadisə rayonun Kələk kəndində baş verib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, bununla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlarımız hazırda hadisə yerindədir. Müraciət edən qadındır. Məlumat araşdırılır”.