Görəcəksiniz, yaxında Odessaya çatacağıq – Kadırov

39

Rusiyanın Xarkov istiqamətində itirdiyi bütün şəhərləri geri qaytaracağıq.

Elchi.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Müdafiə Nazirliyi Xarkov istiqamətindəki İzyum, Kupyansk, Balakleyanı niyə tərk etdikləri ilə bağlı vəziyyətə aydınlıq gətirdi. Lakin o, hərbi strategiyadan kənara çıxmağa məcbur oldu. Amma mən, Ramzan Kadırov, rəsmi şəkildə bəyan edirəm ki, bütün bu şəhərlər geri qaytarılacaq, adamlarımız artıq oradadır, bu iş üçün xüsusi hazırlanıblar. Daha 10 min döyüşçü getməyə hazırdır. Biz yaxın vaxtlarda Odessaya çatacağıq və siz konkret nəticələri görəcəksiniz. Geri çəkilmələri və bir neçə şəhəri vermələrindən də müsbət nəsə var. Mən heç kimi günahlandıra bilmərəm, çünki hansı strategiyanın işlənib hazırlandığını dərindən bilmirəm. Ancaq bir şeyi bilirəm, Rusiya qalib gələcək və bu NATO şeytanları və Qərbi Avropa kəşfiyyat xidmətləri, onların silahları məhv ediləcək, döyüşçülərimizin ruhu ilə məğlub ediləcək”, – Kadırov bildirib.