Gölün bərpası: MM-də komissiya yaradılır

49

Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya təşkil ediləcək.
Elchi.az xəbər verir ki, bu məsələ adıçəkilən komitənin payız sessiyası üçün iş planında yer alıb.
Belə ki, iş planı komitənin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Komitənin iş planında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili, Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, içməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili və “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağlı müzakirələr və s. məsələlər yer alıb.
İş planı müzakirələrdən sonra komitə üzvləri tərəfindən qəbul edilib.