Gəncə 10 saylı məktəbdə nə baş verir? – Redaksiyaya şikayət

67

10 saylı orta Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...

Redaksiyamıza Gəncə şəhəri 10 saylı orta məktəbi barədə  bir qrup müəllim adından şikayət ərizəsi ünvanlanıb. Məktubu kiçik redaktələrlə diqqətinizə çatdırırıq:

 

Hörmətli redaksiya , aidiyyəti  orqanlara dəfələrlə  müraciət  olunmağına baxmayaraq 

heç  bir  tədbir  görülmür ,çox  xahiş  edirik  ki, bunu  saytınızda dərc edəsiniz  və surətini       

müvafiq dövlət orqanlarına göndərəsiniz.

 

Gəncə şəhəri,10 saylı məktəbin bir qrup müəllimi tərəfindən müraciət

Bir neçə vaxtdır ki,adı  kütləvi  informasiya  vasitələrində  davamlı  olaraq mənfi  mənada  hallandırılan  Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyeva öz müavini  Rəna İsmayılovanı  xəstəxanalıq etdi… Buna  səbəb  bu müavinin  direktor  Arzu  Əliyevanın  çirkin  əməllərinə  dəstək  verməməsi olub. Vəziyyət  o yerə  çatıb ki, müavin  Rəna  İsmayılova  iş otağında yüksək  təzyiq keçirmiş, vəziyyəti   ağırlaşmış  və  bu  gün  günorta  saatlarında  məktəbə  bir-birinin  ardınca dərhal  təcili  tibbi  yardım  maşını  çağırılmışdır  və  Rəna İsmayılova  hal-hazırda  ambulator  müalicə  altındadır.

Bəli, bu  özündən  razı  direktorun  məktəbdə  etmədiyi  biabırçılıq qalmayıb. Niyə???  Çünki, güc  strukturları, aidiyyəti  orqanlar  Təhsil  Nazirliyi  səviyyəsində hələlik, buna  göz  yumur.

Direktor  Arzu  Əliyeva  isə  hal-hazırda  özünü  Təhsil  Nazirinin müavini Mətin  Eynullayevin  yaxın  adamı  kimi  təqdim  edərək  hamıya  aşkar  şəkildə  direktor  seçilərkən  keçirilən müsabiqədə  ona  Mətin Eynullayevin  kömək etdiyini  belə  bildirməkdən çəkinmir.Mətin  Eynullayevin  onlarla  ailəvi  yaxın olduğunu, Mətin  Eynullayevlə  bir  evli  kimi  olduğunu  hamıya  tez-tez  deməkdən  ləzzət  alır.Sanki  bu  direktorun  psixoloji  problemləri  var.Tez-tez koridora  çıxıb  telefonla uzun -uzadı  danışır  və  müəllimlər  otağına  gəlib  cənab nazir  Mikayıl  Cabbarovla  danışdığını  bildirir.”Kim  mənə  nə  edə  bilər, məni bir başa  Mətin Eynullayev  himayə  edir, axşam  da  ailəlikcə  ailəvi  istirahət mərkəzində  bir  yerdə  idik”  deyir.

Bu  günlərdə Arzu Əliyeva   müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni  təhqir etmiş, nəticədə  onunla  əlbəyəxa olmuşdur.” Sən məni tanımırsan, mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür. Bundan  sonra  telefonla öz  həyat yoldaşına zəng edib  məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır.

Direktor  təyin olunan  bir  gündən Arzu Əliyeva  kollektivdə  öz kobud  hərəkətləri  və  davranışı ilə  fərqlənməyə  başladı. Bu adam qadın  olmağına  baxmayaraq  dərsə  girib  hətta anası  və   atası   yaşında  olan  müəllimlərə  belə  şagirdlərin gözü qarşısında qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.  Məktəbdə rüşvət ayaq tutub yeriyir…

Bəzi işçilər vardır ki, məsələn Təhminə Əliqızı, Xəyalə, Təranə və Nigar xanım  adı  işdə  olsa  da  bu  adamları məktəbdə  görən olmayıb, çünki  bunların   maaş  kartı  direktor  Arzu Əliyevadadır.  Məktəbəqədər  hazırlıq  qruplarında  dərs  demək üçün məktəbin iki laborantından(????)   hərəsindən  5000 manat  pul alaraq  həmin  qrupları  onlara vermişdir, həmin  işçilər  qanunsuz  hazırlıq  qruplarında  dərs  aparırlar. Bu məsələ mətbuatda işıqlandırılandan sonra bu dərslərin başqa sahibləri  də  meydana  çıxıb, məlum  olub  ki, eyni  bir dərsi  müxtəlif adamlara verməklə maliyyə pozğunluğu yaradılıb .

Bundan  başqa   məktəbin   90  nəfərə yaxın  müəllimindən  hər  birindən abunə pulu  adı ilə 12 manatdan pul yığmış, bu  pulun 300 manatını abunəyə keçirtmiş   və  qalan  hissəsini  isə  özü  mənimsəmişdir.

Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma  (amma, əslində bu adam jurnalist deyil)  500 manat  pul verib özü haqqında  bir  nömrədən  ibarət  bir qəzetdə material yazdırıb, onu həm müəllimlər otağında  stolların  üstə qoyub müəllimlərə  oxutdurur, həm   də ksereks  edib məktəbin  şagirdlərinə paylayır ki,oxuyun  görün  mənim  haqqımda  qəzetdə müsbət  bir məqalə yazılıb. Bütün günü dərs  otaqlarına  girib sinif  rəhbərlərinə  həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin  qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir. Amma  bizim  fikrimizcə,  orta məktəblərdə gənc  nəsilə  elm öyrədilməlidir.

 

Cəmiyyətin  bu  qədər  problemləri  arasında ,təhsil  işçisinin  də  bir  yandan özbaşınalığına  şahiddir,   bu  gün Gəncə!…

Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocağı bax bu haldadır. Hər kəs də buna göz yumur…..

Hörmətlə, Gəncə şəhər, 10 saylı  məktəbin   bir qrup müəllimi    

Elçi.az

P.S. Redaksiya olaraq adıçəkilən hər kəsin söz haqqını tanıyırıq və cavab məktubları olarsa ishıqlandırmağa hazırıq!