Gələn həftə, avqustun 21-də Məhərrəm ayıbaşlayacaq.
Elchi.az xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.
Sentyabrın 19-da başlayacaq Səfər ayıoktyabrın 19-da başa çatacaq.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, avqustun 31-dək 13 şəhər və rayonda sərt karantin rejimi tətbiq edildiyindən və 5nəfərdən artıq insanın bir yerə yığılmasına icazə verilmir. Eyni zamanda, bu müddət ərzində məscidlərin açılması da gözlənilmir. Bu səbəbdən Aşura gününün keçirilməsi və həmin gün qanvermə aksiyalarının olub-olmayacağı bəlli deyil.