Gədəbəy Rayon Polis Şöbəsinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib. Elchi.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin...