Fransada quraqlıq – Sudan istifadəyə məhdudiyyət qoyuldu

43

Fransada isti temperatur və yağışın olmaması səbəbindən quraqlıq güclənir.

Elchi.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, bu gün ölkənin 88 bölgəsində su istehlakına məhdudiyyətlər tətbiq edilib.

Kanal bildirib ki, belə hava şəraiti nadir hallarda baş verir.

Ölkədə xüsusilə Pays de la Loire və Poitou-Çarentes bölgələri təsirlənib.