Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanı dünyada daha çox tanıdacaq və ölkəyə turistlərin cəlb edilməsinə rəvac verəcək.
“Trend”-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.
Səfir Azərbaycanın Avropa Oyunlarına fəal şəkildə hazırlaşdığını vurğulayıb: “Yarışların keçirilməsi üçün tikilən idman obyektləri müsbət təəssürat yaradır. Olimpiya şəhərciyində 9 min idmançı yerləşə bilər. Açılış və bağlanış mərasimləri 66 min nəfərlik arenada keçiriləcək”, – deyə P.Mönye qeyd edib.
Diplomatın sözlərinə görə, I Avropa Oyunları Təşkilat Komitəsinin apardığı kampaniya müxtəlif ölkələrdən idman həvəskarlarının buraya toplaşmasına səbəb olacaq.
Bu oyunların Bakının həyatında vacib məqam olduğunu deyən Fransa səfiri əlavə edib ki, tədbiri işıqlandırmaq üçün xeyli sayda xarici jurnalist Azərbaycana gələcək və bu, Bakıda keçirilən I Avropa Oyunlarına dünyadakı marağa dəlalət edir.