Fransalı həkimlər koronavirus pandemiyası səbəbindən ölkəyə fəlakətin yaxınlaşdığını elan ediblər. Onlar hökuməti dərhal sərhədləri bağlamağa çağırıblar.Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin məktubu “Le Journal du Dimanche” jurnalında dərc edilib.
Həkimlərin müraciətində bildirilib ki, Fransanın səhiyyə sistemi xəstəxanaların çarpayı çatışmazlığı səbəbindən çökmə ərəfəsindədir.
“Miokard infarktı keçirən xəstə ilə COVID-19 xəstəsi arasında seçim etmək istəmirik. Bu, reallıq deyil. Biz mövcud xəstəliklər və onlara təcili müdaxilə etmək barədə də düşünməliyik”.
Həkimlər bütün xəstələrə sona qədər yardım göstərmək niyyətində olduqlarını vurğulayıblar. Onlar müraciət yaymaqla tibb müəssisələrindəki çətin vəziyyəti hökumətə göstərməyə çalışdıqlarını söyləyiblər.
Qeyd edək ki, Fransa koronavirusa yoluxanların sayında görə dünyada 5-ci yerədir.