Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 135 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər, Yevlax şəhərində nəzarətsiz ərazidə intihar məqsədilə özünü Kür çayına atan 1 nəfər və avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü xilas edilib. Yanğınlar zamanı 2 nəfər xəsarət alıb, 9-u uşaq olmaqla 32 nəfər təxliyə olunub.
Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda bağlı qapı arxasında aşkar olunan 1959-cu il təvəllüdlü Babayeva Almara Rasim qızının meyiti aidiyyəti üzrə təhvil verilib.
Himayədar ailə olma zamanı müayinə pulsuz olacaq
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb....